"Nargis" fondu Fəvvarələr meydanında iftar süfrəsi təşkil edəcək


Digərləri 14 May 2019 17:47:00 227 0

"Nargis" fondu Fəvvarələr meydanında iftar süfrəsi təşkil edəcək

"Nargis" fondu qardaş ölkə Türkiyə Respublikasının səfirliyi ilə birgə "Qız Qalasından Kız Kulesinedək" xeyriyyə layihəsinə start verib.

Son.az xəbər verir ki, fonddan verilən məlumatda deyilir:

"Layihə çərçivəsində "Nargis" fondu "Türk Hava Yolları", "MUSİAD", "Ziraat" bank və "145 Group"un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək.

İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək. Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!".