Helsinkidə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilir (FOTO)


Digərləri 14 May 2019 17:41:00 136 0

Helsinkidə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilir (FOTO)

Helsinkidə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 70-ci iclası keçirilir.

Bakı. Helsinkidə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 70-ci iclası keçirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, iclasda QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir. Tədbirdə Şuranın 69-cu iclasının qərarlarının həyata keçirilməsi və 2018-ci ildə, eləcə də 2019-cu ilin birinci rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2018-ci il, eləcə də 2019-cu ilin birinci rübü ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, Konteynerlərin 2018-ci ildə siyahıyaalınmasının nəticələri və 2019-cu il üzrə yük qatarlarının siyahıyaalınmasına dair hazırlıqlar, 2018-ci il, eləcə də 2019-cu ilin birinci rübü ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, MDB hökumət başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixli MDB üzvü olan dövlətlərin dəmir yolu nəqliyyatı üçün razılaşdırılmış tarif siyasətinin qurulması konsepsiyasına dair qərarının 2018-ci il üzrə icrası, 2019-cu il üçün “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Mərkəzi rabitə stansiyasının Şura müdiriyyəti və dəmir yolu administrasiyalarının koordinasiyası üçün rabitə xidmətləri xərclərinin əvəz edilməsi smetası və digər məsələlər müzakirə olunur. İclasın sonunda yekun protokolu imzalanacaq.