“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü


Kriminal 14 May 2019 17:33:00 221 0

“Yarımçıq qalmış” Caspian Awards mükafatına layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Yarımçıq qalmış" tamaşası Caspian Awards mükafatına layiq görülüb. Y.Abramov və Leyla Bəyimin "Yarımçıq qalmış..." (Xəyalpərvər oğlan") əsəri əsasında hazırlanan eyniadlı tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.

Son.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, plastik səhnələrin rejissoru Pərviz Məmmədrzayev, musiqi tərtibatçısı Ramiq Nəsirov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır. Tamaşada əsas rollarda Elnur Kərimov(Əməkdar Artist), Bəhram Həsənov, Anar Seyfullayev, Günel Məmmədova, Asya Atakişiyeva, Leyli Vəliyeva (Əməkdar Artist), Zemfira Əbdülsəmədova, Elşən Rüstəmov (Əməkdar Artist), Elnur Hüseynov, Manaf Dadaşov, Vahid Orucoğlu, Rasim Cəfərov (Əməkdar Artist), Ramil Məmmədov,  İlqarə Tosova, Nuriyyə Əliyeva, Elgün Yəhyayev ifa ediblər.

Qeyd edək ki, "Ən yaxşı tamaşa" nominasiyasında mükafat səhnə əsərinin quruluşçu rejissoru Vaqif Əsədova təqdim olunub. 


Xəbərə aid fotolar