Daha bir ölkə Fars körfəzinə hərbi gəmi göndərdi


Dünya 14 May 2019 17:39:00 189 0

Daha bir ölkə Fars körfəzinə hərbi gəmi göndərdi

İspaniya ABŞ və İran arasında artan gərginlik fonunda "Mendes Nunyes" freqatını 215 nəfərlik heyətilə birlikdə Fars körfəzinə göndərib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, qərar İspaniyanın Müdafiə naziri Marqarita Robles tərəfindən verilib.

Hərbi gəmi Fars körfəzinə daxil olaraq ABŞ-ın "Avraam Linkoln" təyyarədaşıyan gəmisinin zərbə qrupunun tərkibinə birləşəcək.