Səudiyyə Ərəbistanında əsas neft kəməri havadan hücuma məruz qaldı


Digərləri 14 May 2019 17:26:00 154 0

Səudiyyə Ərəbistanında əsas neft kəməri havadan hücuma məruz qaldı

Səudiyyə Ərəbistanında mərkəzi neft kəməri pilotsuz uçuş aparatları tərəfindən hava hücumuna məruz qalıb.

Bakı. Səudiyyə Ərəbistanında mərkəzi neft kəməri pilotsuz uçuş aparatları tərəfindən hava hücumuna məruz qalıb. Trend-in məlumatına görə, neft kəmərinin zədələnməsi barədə krallığın energetika, sənaye və mineral ehtiyatlar naziri Xaled əl-Faleh deyib. Nazirin sözlərinə görə, hücum nəticəsində ölkənin şərqindən qərbinə neft nəql edən kəmərdə yanğın baş verib. Yanğın dərhal nəzarətə götürülüb.