Nazirlikdən xəbərdarlıq:


Digərləri 14 May 2019 16:51:00 199 0

Nazirlikdən xəbərdarlıq:

Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, hazırda balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır:

"Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".

R.Mirzəyev bildirib ki, 2019-cu ilin ötən dövrü ərzində tərəfimizdən keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib.