Sevgilisi intihar edən aktrisadan açıqlama


Digərləri 14 May 2019 16:49:00 226 0

Sevgilisi intihar edən aktrisadan açıqlama

Ötən gün sevgilisi intihar edən aktrisa Yeşim Gül açıqlama yayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, meneceri vasitəsilə Türkiyə KİV-lərinə verilən məlumatda aktrisanın çətin günlər yaşadığı, mediada yayılanların doğru olmadığı qeyd olunub:  

"Mətbuatda dərc edilən məlumatlar həqiqətdən kənardır. Əvvəlcədən onu demək istəyirik ki, mərhum Serdar Peçen eşitmə qüsurlu olub və bu mövzuya həssas yanaşılsın. Çünki Y. Gülün bacısı övladı da eşitmə qüsurludur. Bu səbəbdən Yeşim xanım hər zaman sevgilisinə qarşı həssas yanaşıb. Aktrisa uzun illərdir teatrda çalışır və "Dövlət sənətçisi" fəxri adına layiq görülüb. Onun maddi baxımdan heç bir köməyə ehtiyacı yoxdur.

Xəbərlərdə qeyd olunur ki, guya, S. Peçen bankdan Yeşim xanım üçün kredit götürüb və borc ödənilmədiyi üçün mübahisə yaranıb. Bu, doğru məlumat deyil. Onlar arasında heç bir mübahisə yaranmayıb. Y. Gül ağır günlər keçirir və mediadan yasına hörmətlə yanaşılmasını xahiş edir. Hadisə ilə bağlı araşdırma aparılır və sənətçimiz bu müddət ərzində heç bir açıqlama verməyəcək".