XƏBƏRDARLIQ! Kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində ciddi tədbirlər görüləcək


Digərləri 14 May 2019 16:40:00 189 0

XƏBƏRDARLIQ! Kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində ciddi tədbirlər görüləcək

Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

Bakı. İlhamə İsabalayeva - Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib. Onun sözlərinə görə, hazırda kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır: "Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxanlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək". R.Mirzəyev bildirib ki, 2019-cu ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib: