Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcəklər


Digərləri 14 May 2019 16:26:00 272 0

Bakı Ali Neft Məktəbinin tələbələri “Star” və “Petkim”də işləyəcəklər

Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi SOCAR Türkiyədə işləyəcək.

Son.az xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov bildirib ki, "Star" və "Petkim"də hələlik 6 yer nəzərdə tutulub. SOCAR Türkiyənin apardığı seçim prosesi nəticəsində Ali Məktəbin Kimya mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan 6 tələbə seçilib, onlar "Star" neft emalı zavodunda və "Petkim" neft-kimya kompleksində işləyəcəklər.

Rektor bildirib ki, Ali Məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Həmçinin o bildirib ki, tələbələrin məzun olmamış iş təklifi alması Ali Məktəbin "Biz iş axtarmırıq, iş bizi axtarır" şüarını təsdiq edir. Onun sözlərinə görə, indiyə kimi BANM-ın 30-a yaxın məzunu "Star" və "Petkim" zavodlarında çalışır. "Star" və "Petkim" SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.