4 nömrəli uşaq incəsənət məktəbi “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib


Digərləri 14 May 2019 15:59:00 332 0

4 nömrəli uşaq incəsənət məktəbi “Mən Azərbaycanlıyam” adlı hesabat konsertini təqdim edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Gəncə Şəhər  Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Mən Azərbaycanlıyam" adlı hesabat konsertini təqdim edib.

Son.az xəbər verir ki, tədbirdə Gəncə şəhər Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə şəhər incəsənət, musiqi məktəblərinin rəhbərliyi və kollektivi, Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

İlk olaraq 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər.

Konsertdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Məktəb şagirdləri Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş rəngarəng konsert proqramı ilə çıxış edib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.