Məmmədyarov: Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır


Digərləri 14 May 2019 15:17:00 205 0

Məmmədyarov: Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır

Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır

Bakı. Ermənistan və Azərbaycan substantiv danışıqlara başlamalıdır. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı”nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib. Nazir bildirib: “Biz özümüzü nə barədə danışdığımızı, parametrləri, prinsipləri bilməməyimiz haqqında aldatmamalıyıq. Hamı nə baş verdiyini, təkcə iki ölkədə deyil, həm də həmsədr ölkələrin paytaxtlarında planların nələr olduğunu bilir. Lazım olan tək şey siyasi iradədir”. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.