Niyamın keçmiş xanımı: "Evə can yandıran deyildi" FOTO


Şou-biznes 14 May 2019 15:05:00 221 0

Niyamın keçmiş xanımı: "Evə can yandıran deyildi"  FOTO

"Bir dəfə nişanlı oldum. Evin tək qızı idi, dedi ki, öz evin olsun"

Bir dəfə nişanlı oldum. Evin tək qızı idi, dedi ki, öz evin olsun. Arvad evinə də girə bilməzdim. Ona izah etdim ki, hər şey düzələcək. Qadın çətinliyə dözməli idi, belə problem yaratmamalıydı. Evlənməzdən əvvəl bir-iki il bir-birini tanımalısan. Amma 1 ayın içində məcbur olub evləndim. Anam məcbur etdi ki, mənim toyumda oynamalıdır O, oynamalı olduğu üçün mənim də "dır-dır"la ömrüm keçməli idi.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami "Ay Zaur" verilişində deyib. Sənətçi ayrıldığı həyat yoldaşından bəhs edib:

"Qohumum idi qız. Hər şey razılıqla olmuşdu. Beş ildir ayrılmışıq. Ondan sonra onu görməmişəm. Övladımız olacaqdı, amma problem yarandı".

Aparıcı Zaur Kamal Niyamın keçmiş həyat yoldaşının onunla bağlı açıqlama verdiyini deyib. Səsin efirə getməsinə müğənni imkan verməyib. Zaur isə "Səninlə bağlı heç də yaxşı sözlər demədi. Deyir, evə can yandıran deyildi. Öz aləmi var idi. İstədiyi vaxt gəlib, gedirdi" sözlərini söyləyib.


Xəbərə aid foto