Ağcabədidə "Mənim adım Vətəndir" kitabının təqdimatı keçirilib


Digərləri 14 May 2019 15:00:00 220 0

Ağcabədidə "Mənim adım Vətəndir" kitabının təqdimatı keçirilib

Ağcabədidə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Afət Viləşsoyun "Mənim adım Vətəndir" adlı kitabının təqdimatı keçirilib. 

Son.az bildirir ki, tədbirdə Ağcabədi rayon Heydər Əliyev mərkəzinin direktoru Məhsəti Musa, şair Gündüz Sevindik, "Aran" qəzetinin əməkdaşı Adil Misirli, Bakıdan şair İlqar Türkoğlu, Gülnar Səma, filologiya üzrə fəlsəfə doktoru, şair Bilal Alarlı və Ağcabədi Pedaqoji kollecinin tələbələri iştirak ediblər. 

Bilal Alarlı bildirib ki, şeir və hekayələrdən ibarət bu toplu Afət Viləşsoyun özünə və oxucularına hesabatıdır. Kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru Sevinc İsa qızı Muğanna, sözardını isə Prezident təqaüdçüsü Şəfa Vəli yazıblar. 

Afət Viləşsoyun sayca yeddinci olan bu kitabında Vətən sevgisindən bəhs edən şeirlər yer alıb. Bu sırada müəllifin "Cəbhələrdə", "Bəxtinə köçkünlük yazılanlar", "Məni sipər edin ayrılıqlara", "Torpaq", "Vətənə xor baxanlara" və şeirləri də var. Tədbir iştirakçıları bu şeirləri vətənpərvərliyə çağırış kimi qiymətləndiriblər. 

Adil Misirli Afət Viləşsoyun qadın yazarlar arasında imzasının müsbət mənada fərqləndiyini vurğulayıb.