Küveyt aviaşirkəti Bakıdakı Avropa Liqası finalı üçün xüsusi uçuş həyata keçirəcək


İdman 14 May 2019 13:40:00 282 0

Küveyt aviaşirkəti Bakıdakı Avropa Liqası finalı üçün xüsusi uçuş həyata keçirəcək

Küveytin "Jazeera Airways" aviaşirkəti UEFA Avropa Liqasının finalı üçün Bakıya xüsusi uçuş təşkil edəcək.

Bu barədə şirkətin baş direktoru Rohit Ramaçandran açıqlama verib.  

"Ölkədəki futbol azarkeşlərini Avropa Liqasında mövsümünün ən böyük oyununu Küveytdən sadəcə iki saat uzaqlıqda izləmək üçün Bakıya aparmaqdan məmnunuq" - deyə baş direktor bildirib.

Bakıya gələcək təyyarənin oyun günü - mayın 29-da saat 11:30-da Küveytdən çıxacaq, 14:30-da isə Bakıya çatacaq. Azarkeşlər mayın 30-u saat 5:00-da Bakıdan çıxacaq və 7:20-də Küveytə çatacaqlar. 

Qeyd edək ki, İngiltərənin ChelseaArsenal komandaları arasındakı final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.