18 il sonra Roma-dan ayrılır


İdman 14 May 2019 14:00:00 267 0

18 il sonra Roma-dan ayrılır

Roma yarımmüdafiəçisi Daniele De Rossi ilə yollarını ayırır.

Goal.az klub rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını bitirmək fikrində deyil və bu üzdən "canavarlar"la vidalaşacaq.

Roma-nın prezidenti Cim Pallotta isə kapitana klubun qapılarının hər zaman açıq olacağını söyləyib: "Daniele 18 ildir ailəmizin bir üzvüdür. Parma ilə oyun onun Roma-nın heyətində son matçı olacaq. Qapımız üzünə daim açıqdır. Onu yenidən Roma-da yeni vəzifədə görməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, 2001-ci ildən Roma-nın əsas komandasında çıxış edən Daniele De Rossi bu müddət ərzində 614 oyunda iştirak edib, 63 qola imza atıb.