“Azaz vururdum, tutuldum”


Kriminal 14 May 2019 13:56:00 206 0

“Azaz vururdum, tutuldum”

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Əlxan Hüseynovu saxlayıblar. Son.az ARB TV-yə istinadən xəbər verir ki, dindirmə zamanı Ə.Hüseynov həmyerlisi, keçmiş məhkum 44 yaşlı Vüqar Mədətovla birlikdə narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduqlarını etiraf edib. "İsti izlərlə" keçirilən əməliyyat nəticəsində V.Mədətov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman xalis çəkisi 0,319 qram olan heroin aşkar edilərək götürülüb. V. Mədətov istintaqa ifadəsində narkotiki, tanışı 32 yaşlı Elvin Əliyevdən aldığını bildirib. Vüqar Mədətov - Saxlanılan şəxs: "Birinci dəfə pul verməmişdim. İkinci dəfə də siqaret alacaqdım, 20 manat verdim ki, özün alarsan. Yarısını vurdum, yarısını da az-az vururdum, tutuldum". Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mədətova heroini satmaqda şübhəli bilinən Elvin Əliyev tutulub. RPŞ-də onun üzərinə baxış keçirilərkən ümumi çəkisi 2,48 qram heroin aşkarlanıb. Yaşadığı ünvandan isə xeyli miqdarda yabanı halda bitən çətənə kolları və qurudulmuş marixuana götürülüb. Saxlanılan Elvin Əliyev heroini çay kənarında tapdığını, evindən aşkarlanan marixuananı isə yabanı halda bitən çətənə kollarından yığıb, topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib. Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.


Xəbərə aid fotolar