Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır, kvota isə...


Digərləri 14 May 2019 13:55:00 175 0

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır, kvota isə...

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 580-dən artıq insan müraciət edib.

Bakı. Elçin Mehdiyev – Azərbaycandan Həcc ziyarətinə getmək üçün 580-dən artıq insan müraciət edib. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir. Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Bir müddət əvvəl isə kvotanın aradan qaldırıldığı qeyd olunurdu, lakin sonradan qərarın qərarın dəyişdiyi və kvota qoyulduğu bildirilir. Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.