İtaliya klubuna ağır cəza - C seriyasına göndərildi


İdman 14 May 2019 12:23:00 249 0

İtaliya klubuna ağır cəza - C seriyasına göndərildi

İtaliyanın Palermo klubu cəzalandırılıb.

Goal.az xəbər verir ki, İtaliya Futbol Federasiyası Palermo-nu C Seriyasına göndərib.  Buna səbəb, klubun maliyyə qaydalarını pozması olub.

Bu mövsüm B Seriyasında çıxış edən və A Seriyasına yüksəlmək üçün pley-off mərhələsində olan Palermo, növbəti mövsümdə C Seriyasında mübarizə aparacaq. Palermo-nu pley-off oyunlarında Peruca klubu əvəz edəcək.