Premyer Liqamızda son turun rəmzi yığması açıqlandı


İdman 14 May 2019 12:48:00 301 0

Premyer Liqamızda son turun rəmzi yığması açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümündə sonuncu - XXVIII turunun rəmzi komandası açıqlanıb.

Goal.az xəbər verir ki, InStat şirkətinin təhlili əsasında "11-lik"də "Qarabağ" və "Keşlə"dən hərəyə 3, "Sumqayıt" və "Zirə"dən hərəyə 2, "Qəbələ"dən isə 1 futbolçu yer alıb.

Turun ən yaxşı futbolçusu isə "Zirə"dən Xulio Sezar Rodrigez seçilib.

Qapıçı: Rəşad Əzizli (“Sumqayıt”)

Müdafiəçilər: Donald Qerrye (“Qarabağ”) - 9, Voislav Stankoviç (“Qəbələ”) - 6, Bəxtiyar Həsənalızadə (“Zirə”) - 3, Sərtan Taşqın (“Keşlə”) - 3

Yarımmüdafiəçilər: Samir Məsimov (“Keşlə”), Elvin Məmmədov (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”) - 6, Dani Kintana (“Qarabağ”) - 10

Hücumçular: Conatan Ayite (“Keşlə”) - 3, Xulio Sezar Rodriqez (“Zirə”) - 4

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.