İki təyyarə havada toqquşdu:


Dünya 14 May 2019 13:39:13 215 0

İki təyyarə havada toqquşdu:

ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarə havada toqquşub.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər həyatını itirib.

10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib 1 nəfər isə itkin düşüb. Onun tapılması üçün əraziyə çox sayda xilasedici cəlb edilib.

Qəza qurbanlarının kimliyi dəqiqləşdirilir.

Ehtimal edilir ki, qəzaya pilotlardan birinin səhvi səbəb olub. Digər ehtimala görə isə, əlverişsiz hava şəraitinə səbəbiylə pilotlar uzaq məsafəni görə bilməyib.