Baş qəhrəmanlar serialdan gedirlər


Digərləri 14 May 2019 13:29:00 219 0

Baş qəhrəmanlar serialdan gedirlər

Fox TV-də yayımlanan "Yasak Elma"nın baş qəhrəmanları serialdan uzaqlaşır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqli layihənin Zeynebi Sevda Erginci və Alihanı Onur Tuna gələn həftə efirlə vidalaşır.

Buna səbəb iki ulduzunun ssenariyə uyğun olaraq həyat hekayəsinin bitməsidir. Onlar 46-cı bölümdə sonuncu dəfə tamaşaçı qarşısına çıxacaqlar.

Bu məqamda bildirək ki, vidalaşan qəhrəmanların yerinə Nəsrin Cavadzadə və Ege Kökenli seriala daxil edilib.