Yasamal və Sabunçuda avtomobil yolları rənglənir


Digərləri 14 May 2019 13:07:00 183 0

Yasamal və Sabunçuda avtomobil yolları rənglənir

Bakının Sabunçu və Yasamal rayonlarında avtomobil yollarının rənglənməsinə başlanılıb.

Bakı. Samir Əli - Bakının Sabunçu və Yasamal rayonlarında avtomobil yollarının rənglənməsinə başlanılıb. Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.