"Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda tədbir keçirilib


Digərləri 14 May 2019 12:20:00 197 0

"Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda tədbir keçirilib

Azərbaycan Milli Avtomobil Klubu ADA Universitetində "Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirib.

Bakı. Samir Əli - Azərbaycan Milli Avtomobil Klubu ADA Universitetində "Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda dəyirmi masa keçirib. Trend-in məlumatına görə, Azərbaycan Milli Avtomobil Klubunun prezidenti Vüsal Rəcəbli bildirib ki, tədbirin keçirilməsində məqsəd Prezident Ilham Əliyev tərəfindən 2018-ci il dekabrın 27-də imzalanmış "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın məqsədlərinə uyğun olaraq cəmiyyətin maarifləndirilməsində KIV-in, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu ilə bağlı müzakirələrin aparılmasıdır. Tədbirdə yol hərəkəti ilə bağlı sosial çarx nümayiş olunub. İclasda çıxış edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Yol Hərəkəti Təhlükəsizliyi (YHT) üzrə Dövlət Proqramının əhəmiyyətindən, buradakı yeniliklərdən danışıb.