Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu keçirilir FOTO


Digərləri 14 May 2019 12:12:13 243 0

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu keçirilir  FOTO

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu işə başlayıb. Üç gün davam edəcək forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edirlər.

Son.az Trend-ə istinadən bildirir ki, forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

Ə.Əhmədov aparılan islahatlarda Avropanın müvafiq təşkilatları, qitənin ölkələri ilə əməkdaşlığa, fəal təcrübə mübadilələrinə xüsusi önəm verildiyini bildirib.

BSTA-nın prezidenti Yoakim Bröyer Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətləri, sosial sahədə innovativ yenilikləri maraqla izlədiklərini bildirib. BSTA prezidenti ölkəmizin bu foruma layiqli şəkildə ev sahibliyi etməsindən razılıq ifadə edib, buna görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 15 ildir ki, BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi etdiyini deyib.


Xəbərə aid fotolar