2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı


Digərləri 14 May 2019 12:03:00 202 0

2 hərbi qulluqçunun qar uçqununa düşməsi faktına görə cinayət işi başlandı

Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb.

Bakı. Samir Əli - Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusunun martın 7-də qar uçqununa düşməsi faktı üzrə cinayət işi başlanıb. Trend-in məlumatına görə, fakta görə Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və döyüş şəraitində törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hələlik fakta görə saxlanılan yoxdur.