Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58ci Venesiya Biennalesində təmsil olunur


Kriminal 14 May 2019 11:35:00 216 0

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58ci Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesi - Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur. Biennalidə ölkəmiz "Virtual reallıq" ("Virtual Reality") mövzusundakı milli pavilyonla iştirak edir.

Fonddan Trend-ə verilən məlumata görə, Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.