Manchester City avrokuboklardan kənarlaşdırıla bilər


İdman 14 May 2019 09:41:00 185 0

Manchester City avrokuboklardan kənarlaşdırıla bilər

UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası İngiltərənin Manchester City klubunu Avropa kuboklarından kənarlaşdıra bilər.

Goal.az "New York Times" nəşrinə istinadən xəbər verir ki, səbəb maliyyə feyr-pleyinin pozulmasıdır.

Palata rəhbəri buna görə klubu bir il müddətinə diskvalifikasiya etmək istəyir. İngiltərə təmsilçisi 2014-cü ildə maliyyə feyr-pleyinin pozulması barədə qaldırılmış iş üzrə və sponsorluq müqavilələrin həcmi barədə doğru olmayan informasiya verməkdə şübhəli bilinir. Həmin vaxt "şəhərlilər" 49 milyon funt-sterlinq (təqribən 63 milyon dollar) məbləğində cərimə olunmuşdu. Klub isə bütün ittihamları rədd edib.

Qeyd edək ki, Manchester City 2018-2019 mövsümündə İngiltərə çempionu olub.