Minimum pensiyalar və əməkhaqqı 40 faiz,


Digərləri 14 May 2019 11:26:00 210 0

Minimum pensiyalar və əməkhaqqı 40 faiz,

Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.

Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.

S.Babayev vurğulayıb ki, 10 min nəfərə elektron qaydada pensiya təyin olunub.