“Tələbədən-tələbəyə” layihəsində televiziya jurnalistikası təlimi keçirilib (FOTO)


Digərləri 14 May 2019 11:22:00 206 0

“Tələbədən-tələbəyə” layihəsində televiziya jurnalistikası təlimi keçirilib (FOTO)

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümündə Jurnalistika fakültəsinin magistrantı Aynurə Vəliyeva televiziya jurnalistikası haqqında bildiklərini iştirakçılarla bölüşüb.

Bakı. Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan “Tələbədən tələbəyə” layihəsinin 7-ci mövsümündə Jurnalistika fakültəsinin magistrantı Aynurə Vəliyeva televiziya jurnalistikası haqqında bildiklərini iştirakçılarla bölüşüb. O, reportajların hazırlanması, reportyorların iş özəllikləri, eləcə də xaricdə müxbir postlarının işi barədə iştirakçılara məlumat verib. Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.