Bu gün “Eurovision” başlayır


Digərləri 14 May 2019 11:04:00 212 0

Bu gün “Eurovision” başlayır

Bu gün 64-cü “Eurovision” mahnı müsabiqəsi start götürəcək

Bu gün 64-cü "Eurovision" mahnı müsabiqəsi start götürəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.

Festivalın açılışını ötən il qalib olan Netta Barzilai və 1998-ci ildə  İsrailə birincilik gətirən Dana International edəcək. Layihənin aparıcıları isə Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoub olacaq.