Beynəlxalq Sosial Təminat Assosiasiyasının nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)


Digərləri 14 May 2019 11:06:00 145 0

Beynəlxalq Sosial Təminat Assosiasiyasının nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Bakı. Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Forumdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb. Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.