Bitkoinin qiymətinin yüksəlməsi Azərbaycanda kriptovalyuta sahəsinə marağı artırıb


Digərləri 14 May 2019 10:55:05 193 0

Bitkoinin qiymətinin yüksəlməsi Azərbaycanda kriptovalyuta sahəsinə marağı artırıb

Bitkoinin qiymətinin yüksəlməsi Azərbaycanda kriptovalyuta sahəsinə marağı artırıb.

Bakı. Ayşəm Rüstəmova - Bitkoinin qiymətinin yüksəlməsi Azərbaycanda kriptovalyuta sahəsinə marağı artırıb. Bunu Trend-ə kriptovalyuta üzrə ekspert Qurbanəli Ömər deyib. Onun sözlərinə görə, ümumi qruplardakı aktivliyə, yazışmalara əsasən ölkəmizdə təxminən 5 minə yaxın insan kriptovalyuta istifadəçisidir: “İnsanlar bitkoinin qiyməti, onun istehsal prosesi və kriptovalyutalarla maraqlanır. Bu haqda internetdə axtarış edir, suallar verirlər. Ancaq ölkəmizdə koinlərin böyük alıcı kütləsi yoxdur”. Ekspertin fikrincə, kriptovalyuta sahəsində qiymətlərin qalxıb-düşməsi koinlərlə maraqlananlar üçün vacib olmalıdır: "Çünki bu sahədə bazar süni manipuliyasiyalar vasitəsilə idarə olunur. Amma kriptovalyuta yaranarkən məqsəd bu olmayıb. Kriptovalyutalar ona görə yarandı ki, insanlar alış-verişi rahat şəkildə etsin. Amma əksinə oldu. Proses o yerə gəlib ki, hazırda kriptovalyutalara bir investisiya aləti kimi yanaşırlar. Kriptovalyuta əmtəəyə çevrilib. Keçən il qeydə alınan qiymət artımı xəbər axını ilə əlaqədar idi. Bu tendensiya dekabra qədər davam etdi. Amma hazırda prosesləri izləyəndə görürük ki, qiymət artımına səbəb olacaq ciddi xəbər axını yoxdur. Buna baxmayaraq qiymətlər yüksəlir. Dekabrda bitkoin 7500 dolları ötdü. İndi də qiymət 7000 dollar təşkil edir”. Q.Ömər deyib ki, artıma səbəb “qara bazar”dır.