İranda şəkər, makaron və konserv balığı niyə bahalaşıb?


Digərləri 14 May 2019 10:43:00 210 0

İranda şəkər, makaron və konserv balığı niyə bahalaşıb?

İranda makaron, şəkər və konservləşdirilmiş tuna balığı bahalaşıb

Bakı. Elnur Bağışov - İranda makaron, şəkər və konservləşdirilmiş tuna balığı bahalaşıb. Trend-in məlumatına görə, bunu İranın Bazarın Tənzimlənməsi Komitəsinin katibi Abbas Qubadi deyib. A.Qubadinin sözlərinə görə, builki büdcəyə əsasən buğdanın şirkətlərə və əlaqədar sənayeyə satışı 9,5 min rialdan (rəsmi məzənnə ilə 0,22 dollar, qara bazar məzənnəsi ilə 0,06 dollar) 18,5 min riala qədər (rəsmi məzənnə ilə 0,44 dollar, qara bazar məzənnəsi ilə 0,12 dollar) artıb. Komitə katibi əlavə edib ki, bundan əlavə əlmuzdu xərcləri də artıb. Bu da makaronun qiymətinin bazarda 70% artmasına gətirib çıxarıb. Konservləşdirilmiş tuna balığının 50-60%-nin idxal yolu ilə ölkəyə gətirildiyini deyən A.Qubadi bildirib ki, 42 min riallıq valyuta ilə idxal olunan konserv qabları artıq NIMA sistemi ilə idxal edilməkdədir. Bütün bunlar konservləşdirilmiş tuna balığının qiymətinin artmasına səbəb olub.