BakıŞamaxı yolunda ağır qəza:


Digərləri 14 May 2019 10:36:00 234 0

BakıŞamaxı yolunda ağır qəza:

Ötən gecə Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, 10-JZ-247 dövlət nömrəli "Ford" markalı betondaşıyan maşın 19-BJ-083 dövlət nömrəli "VAZ-2106" markalı avtomobili ilə toqquşub. Qəzada xəsarət alan olmasa da, "VAZ"a ciddi ziyan dəyib.

Hadisə şahidlərinin bildirdiyinə görə, "VAZ" nasaz olduğundan, sahibi onu yolun şəhər istiqamətində saxlayaraq tərk edib. Betondaşıyan yük maşınının sürücüsü həmin yol ilə hərəkət edərkən "VAZ"ı görməyib və nəticədə qəza baş verib.


Xəbərə aid fotolar