İranla gərginlik:


Dünya 14 May 2019 10:14:00 204 0

İranla gərginlik:

İran nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu nəzərdə tutan planı ABŞ müdafiə naziri vəzifələrini icra edən Patrik Şanahan milli təhlükəsizliklə bağlı mayın 9-da Vaşinqtonda keçirilən iclasda təqdim edib.

Nəşrin yazdığına görə, yeni plan Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun başçılığı altında "şahinlərin" təzyiqi altında təşkil olunub.

Qəzetin mənbəsinin bildirdiyinə görə, planda göstərilən şəxsi heyət sayı onunla tanış olan bir çox siyasətçiləri təəccübləndirib, həmin sayda hərbi kontingent 2003-cü ildə İraq istilası zamanı səfərbər olunmuşdu.