Məktəblilər üçün şad xəbər:


Kriminal 14 May 2019 10:00:00 59 0

Məktəblilər üçün şad xəbər:

18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Məktəblilər üçün muzey həftəsi"nə start verilib.

Təhsil Nazirliyindən publika.az-a bildirilib ki, "Məktəblilər üçün muzey həftəsi"nin təşkilində məqsəd 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdır.

Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə keçirilir.

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə təşkil olunan layihə çərçivəsində məktəblilər muzeylərin kolleksiya fondu ilə tanış olacaq və ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə edəcəklər.

Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbini, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda hər məktəbdən 30 nəfərlik qruplar olmaqla bütün şagirdlər iştirak edə bilərlər. Ümumtəhsil müəssisələri ümumilikdə 28 muzeydə təşkil olunacaq ekskursiyalarda iştirak üçün qrup sayı haqqında öncədən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə məlumat verməlidir.

"Muzeylər və Nəsimi irsi" proqramı üzrə ekskursiya olunacaq məkanlara Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Müasir İncəsənət Muzeyi, AMEA-nın Təbiət Tarixi Muzeyi, Miniatür Kitab Muzeyi, "Qala" Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Milli Təhsil Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, YAY Gallery, Tusi Bohm Planetari, habelə Abdulla Şaiqin, Məmməd Səid Ordubadinin, Bülbülün, Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Niyazinin və Tahir Salahovun ev-muzeyləri daxildir.

BSTA-nın Baş katibi UNEC-də olub (FOTO) like
  • 14 May 09:57  
Digərləri BSTA-nın Baş katibi UNEC-də olub (FOTO)

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçiriləcək Avr

arrow Ətraflı
Cəbhədən like
  • 14 May 09:55  
Siyasət Cəbhədən

Atəşkəs rejimi 24 dəfə pozulub

arrow Ətraflı
Çin iki hərbi gəmisini suya buraxdı like
  • 14 May 09:51  
Digərləri Çin iki hərbi gəmisini suya buraxdı

Çinin Dalyan şəhərində iki ən müasir 052D hərbi gəmiləri suya buraxıl

arrow Ətraflı
Ali təhsilin magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib like
  • 14 May 09:51  
Digərləri Ali təhsilin magistratura və doktorantura səviyyələrində ixtisas adı dəyişdirilib

Ali təhsilin magistratura və doktorantura səviyyələrində ixtisas adı dəy

arrow Ətraflı
Azərbaycanda ər evdən qaçan xanımını like
  • 14 May 09:46  
Kriminal Azərbaycanda ər evdən qaçan xanımını

Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib.

arrow Ətraflı
Bakı-Şamaxı yolunda qəza: betondaşıyan maşın "VAZ"la toqquşdu (FOTO) like
  • 14 May 09:45  
Digərləri Bakı-Şamaxı yolunda qəza: betondaşıyan maşın "VAZ"la toqquşdu (FOTO)

Ötən gecə Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycan dili imtahanında iştirak etməyən abituriyentlərin nəzərinə like
  • 14 May 09:42  
Digərləri Azərbaycan dili imtahanında iştirak etməyən abituriyentlərin nəzərinə

Mayın 5-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən və ya

arrow Ətraflı
Manchester City avrokuboklardan kənarlaşdırıla bilər like
  • 14 May 09:41  
İdman Manchester City avrokuboklardan kənarlaşdırıla bilər

UEFA-nın Maliyyə Feyr-Pleyi üzrə Təhqiqat Palatası İngiltərənin

arrow Ətraflı
Qara Qarayevin ev-muzeyində bəstəkarın xatirəsi anılıb (FOTO) like
  • 14 May 09:38  
Digərləri Qara Qarayevin ev-muzeyində bəstəkarın xatirəsi anılıb (FOTO)

Mayın 13-ü dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq ar

arrow Ətraflı
Fələstinlilər Madonnanı "Avroviziya" müsabiqəsini baykot etməyə çağırdılar like
  • 14 May 09:37  
Digərləri Fələstinlilər Madonnanı "Avroviziya" müsabiqəsini baykot etməyə çağırdılar

Fələstin üçün Milli Fəaliyyət Qrupunun üzvləri sosial media hesabların

arrow Ətraflı
"Heydər" məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib like
  • 14 May 09:29  
Digərləri "Heydər" məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu "Heydər" məscidində şəhid ailələri

arrow Ətraflı
Çağatay Serenaya görə sevgilisindən ayrıldı like
  • 14 May 09:28  
Digərləri Çağatay Serenaya görə sevgilisindən ayrıldı

Türk aktyoru Çağatay Ulusoy sevgilisi Duyğu Sarışından ayrılıb

arrow Ətraflı
Mayın 14-də xarici valyutaların manata qarşı məzənnələri like
  • 14 May 09:24  
Digərləri Mayın 14-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 14 may tarixindən etibarən valyuta məzənnələr

arrow Ətraflı
WhatsAppla sizi güdə bilərlər like
  • 14 May 09:24  
Digərləri WhatsAppla sizi güdə bilərlər

WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçil

arrow Ətraflı