Yerin təkindən bu hallarda istifadə etmək olar


Digərləri 14 May 2019 10:09:00 349 0

Yerin təkindən bu hallarda istifadə etmək olar

“Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı” təsdiq edilib

"Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı" təsdiq edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:

1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;

2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;

3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;

4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;