"Heydər" məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib


Digərləri 14 May 2019 09:29:59 198 0

"Heydər" məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

Mənəvi Dəyərlərin Təbliği Fondu "Heydər" məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edib

Bakı. Mayın 13-də "Heydər" məscidində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib. Fonddan Trend-ə verilən məlumata görə, mərasim Müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov qeyd edib ki, ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan şəhidlərimiz daim qəlblərdə yaşayır, heç vaxt unudulmurlar. Belə bir mübarək ayda, iftar süfrəsində şəhid ailələrinin üzvləri ilə bir araya toplaşmaq bizim üçün qürurvericidir. Tədbirdə “Heydər” məscidinin din xadimləri də iştirak edib.