Azərbaycanda məmur faciəvi şəkildə öldü FOTO


Digərləri 14 May 2019 09:19:33 238 0

Azərbaycanda məmur faciəvi şəkildə öldü  FOTO

Həm sürücü, həm də baş mütəxəssis idi.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik və yük maşınlarının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib.

Son.az buta.media-ya istinadla xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun Safukürd kəndindən keçən hissəsində baş verib.

Qəza nəticəsində minik maşınının sürücüsü, 50 yaşlı Əliyev Rauf İsmayıl oğlu ağır yaralanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Əliyev Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi vəzifəsində işləyirdi. O, eyni zamanda, icra başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.