Deputat: Anti-Azərbaycan dairələr Azərbaycanın sürətli inkişafından narahatçılıq keçirirlər


Digərləri 14 May 2019 08:44:00 241 0

Deputat: Anti-Azərbaycan dairələr Azərbaycanın sürətli inkişafından narahatçılıq keçirirlər

Bu gün Azərbaycan çox yüksək templərlə inkişaf edir və ölkəmiz uzun illərdir mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Bakı. Elçin Mehdiyev - Bu gün Azərbaycan çox yüksək templərlə inkişaf edir və ölkəmiz uzun illərdir mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Təəssüflər olsun ki, hər dəfə beynəlxalq tədbirlər ərəfəsində müəyyən xarici anti-Azərbaycan dairələr ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil edirlər. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev qeyd edib ki, UEFA Avropa Liqasının final matçının ölkəmizdə keçiriləcəyi ərəfədə həmin dairələr yenidən baş qaldırır, ölkəmizdə qarşı əsassız iddialar sürürlər: “Bunun bir səbəbi isə odur ki, həmin dairələr ölkəmizin sürətli inkişafından narahatçılıq keçirir və çirkin kampaniya təşkil etməklə ölkəmizin imicinə xələl gətirməyə çalışırlar”. Deputat vurğulayıb ki, Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir: "Azərbaycanın infrastrukturu, regionları, yol-nəqliyyat sistemi inkişaf edir və bütün bunlar onu göstərir ki, beynəlxalq tədbirlər keçirmək üçün hər bir şərait mövcuddur, o cümlədən beynəlxalq standartlara cavab verən otellər, istirahət məkanları, idman arenaları, idman ustaları var. İdman sahəsində də ölkə yeni standartlar müəyyən edir. Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, eyni zamanda ayrı-ayrı idman növləri üzrə dünya turnirlərinin, kubokların ən yüksək səviyyədə keçirilməsi bir daha göstərir ki, Azərbaycan böyük inkişafa nail olub".