Epson yeni ağıllı eynək modelini təqdim etdi


Digərləri 14 May 2019 08:51:00 255 0

Epson yeni ağıllı eynək modelini təqdim etdi

Texnologiya bazarının günü-gündən inkişaf elədiyi bir vaxtda "Epson" şirkəti yeni "ağıllı" göz  eynəyini təqdim etdi.

Son.az chip.az-a istinadən bildirir ki, 2013-cü ildə "Google Glass" gələcək illərdə görə biləcəyimiz və həyatımızı daha da asanlaşdıracaq smart gözlüklər təqdim etmişdi. Lakin qiymətin yüksək olması səbəbindən bir o qədər də müştəri tapa bilmədi. Buna baxmayaraq "Epson" şirkəti öz ağıllı eynəklərini təqdim edərək mövcud sektorda şansını sınamaq qərarına gəldi.

"Moverio BT-30C" adlanan ağıllı gözlük sahib olduğu incə çərçivəsiylə ilk baxışdan fərqli bir məhsul olduğunu sübut etdi. Belə ki, digər ağıllı eynəklərdən fərqli olaraq Android cihazlarda və ya Windows əməliyyat sisteminə malik bir kompüterlərdə USB-C vasitəsi ilə əlaqə yaradıla bilən və məlumatların axınını həyata keçirəcək "Moverio BT-30C  " tax və çalıştır"( Naqil taxıldığı andan gözlük istifadəyə hazır olur) əmri ilə istifadə edilir.

Bundan başqa "Epson" ağıllı gözlüyünün ekran və şüşələri daha kəskin və parlaq bir görünüş təmin edəcək OLED texnologiyası ilə hazırlanır.  "Moverio BT-30C"nun 499 dollara satılacağı bildirilir.