Watchmen serialının fraqmentləri yayımlandı VİDEO


Digərləri 14 May 2019 08:59:00 237 0

Watchmen serialının fraqmentləri yayımlandı  VİDEO

"Game of Thrones"dan sonra böyük azarkeş ordusu toplamağı hədəfləyən "HBO" "Watchmen" serialının ilk fraqmentlərini yayımladı.

Son.az chip.az-a istinadən bildirir ki, "Game of Thrones" artıq son mövsümün bölümlərini yekunlaşdırır. Taxt-tac oyunlarını canlandıran serialdan sonra yenidən tamaşaçıların diqqətini cəlb etmək müəyyən zaman alacaq. Şirkət ilk super qəhrəmanlıq serialı olacaq "Watchmen"in fraqmentlərini təqdim edərək bu zaman boşluğunun uzun sürməyəcəyini göstərmiş oldu.

HBO, Efsaneler Arasına Girmeye Aday Yeni Dizisi Watchmen'in İlk Fragmanını Yayımladı ile ilgili görsel sonucu

"HBO"nun adı çəkilən serialı 2009-cu ildə Zack Snyder tərəfindən nümayiş etdirilən "Watchmen" filmindən tamamilə fərqlidir. Şirkət  yeni "Watchmen" seriyalı "Alan Moore" və "Dave Gibbons" tərəfindən 1986-cı ildə yayımlanan orijinal komediya romanının müasir versiyası kimi uyğunlaşdırıb.

Super qəhrəman dünyasına real perspektivlər tətbiq edən "Watchmen" serialı super qəhrəmanların  real həyatda mövcud olacaqları təqdirdə özəl gücləri sayəsində təhlükəli şəxslər olmasını təsvir edir.