Sudanda atışma nəticəsində iki nəfər ölüb


Dünya 14 May 2019 08:43:00 225 0

Sudanda atışma nəticəsində iki nəfər ölüb

Sudanın paytaxtı Xartumun mərkəzindəki nümayişçilərə silahlı adamlar tərəfindən açılmış atəş nəticəsində iki nəfər həlak olub, onlarla adam yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Sky News Arabia" telekanalı xəbər verir.

Həkimlərin dediklərinə görə, atışma nəticəsində ölənlərdən biri "Azadlıq və dəyişikliklər uğrunda qüvvələr" müxalifət birliyinin üzvü olub.

Bundan əvvəl də məlum olub ki, naməlum silahlı insanlar və nümayişçilər arasında olan qarşıdurmada Sudan ordusunun bir zabiti ölüb.