Bakının bu qəsəbəsində aksiya:


Digərləri 14 May 2019 08:48:00 226 0

Bakının bu qəsəbəsində aksiya:

Bakının Ələt qəsəbəsində yüzlərlə sakin "Narkomaniyaya yox!" şüarı altında aksiya keçirib.

Son.az axar.az-a istinadən bildirir ki, qəsəbə sakinlərinin məlumata görə, sakinlər son vaxtlar Ələtdə narkomaniyanın artmasından və gənclərin bu xəstəliyə yoluxmasından narahatlıqlarını bildiriblər. Aksiya iştirakçıları gənclərə bu bəladan uzaq olmaq çağırışı etməklə bərabər, hüquq-mühafizə orqanlarına da narkomaniyaya qarşı mübarizəni sərtləşdirmək tələbi səsləndiriblər.

Əraziyə polis qüvvələri cəlb edilib və aksiya iştirakçıları ilə danışıqlar aparılıb.

Rayon icra başçısı Süleyman Mikayılovun qəsəbə nümayəndəsi sakinlərə bildirib ki, rayon rəhbərliyi əhalinin bu aksiyasını dəstəkləyir və əhalidən bu işdə yardım gözləyir. Çünki narkomaniyaya qarşı mübarizə həm də ailədən başlayır və bu bəlaya qarşı hüquq-mühafizə orqanları, rayon rəhbərliyi ailələrlə birgə addımlar atmalıdır.