Evlilik üzüklərinin neytron toqquşması ilə bağlılığı


Digərləri 14 May 2019 08:31:00 231 0

Evlilik üzüklərinin neytron toqquşması ilə bağlılığı

Evlilik üzükləri iki nəfər arasında əbədi sevginin göstəricisi olaraq qeyd olunur.

Zövqə görə müxtəlif qiymətli metallardan hazırlanan üzüklərdən istifadə olunur. Bu üzüklərin hazırlanmasında istifadə edilən qiymətli metallar yer altından çıxarılsa da, onların mənşəyi kosmosa gedib çıxır.

Son.az chip.az-a istinadən bildirir ki, tədqiqatçılar keçmişdə mövcud olan qiymətli metallar haqqında araşdırma aparıblar. Beləliklə bu metalların əksəriyyətinin 4,6 milyard il əvvəl, (Yerin yaranmasından 100 milyon il əvvəl) iki neytron ulduzun toqquşması nəticəsində yarandığı məlum olub. Toqquşma nöqtəsi isə Günəş Sistemini meydana gətirən qaz buludlarından təxminən 1000 işıq ili uzaqlıqda yerləşən bir yer göstərilir.

Tədqiqatçıların fikrincə toqquşma indiki zamanda baş versəydi ortaya çıxacaq radiasiya bütün gecəni işıqlandırmış olacaqdı. Kolumbiya Universitetinin astrofiziki Szabolcs Brand və Florida Universitetindən İmre Batros meteor izotoplarını araşdıraraq məlumatları Samanyolu simülasyonları ilə müqayisə etdi. Onların nəzəriyyələrinə görə neytron ulduzunun toqquşması dünyanın ən ağır elementlərinin 0.3% -ninin məsələn, qızıl, platin və uran kimi qiymətli metalların mənbəyidir. Bu da hər birimizin vücudunda həmin toqquşmadan yaranan elementlərin olduğunu göstərir. Bu elementlər insan orqanizmində həyat üçün ən vacib maddə olan yod şəklində cəmləşir.

"İnsanlar arasında dərin bağları ifadə edən nikah üzükləri eyni zamanda insan və dünyanın meydana gəlməsindən əvvəl mövcud olan kosmik fəza ilə də əlaqəlidir. Təxminən 10 miligramlıq hissə bğyük ehtimalla 4,6 milyard il əvvəl meydana gəlib"