Meksikada bazarda atışma nəticəsində üç nəfər həlak olub


Digərləri 14 May 2019 08:29:00 311 0

Meksikada bazarda atışma nəticəsində üç nəfər həlak olub

Meksikanın Tepito bazarında atışma zamanı ən azı üç nəfər həlak olub, biri yaralanıb

Bakı. Meksikanın Tepito bazarında atışma zamanı ən azı üç nəfər həlak olub, biri yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Universal" portalı xəbər verir. İlkin məlumatlara görə, yerli quldurlar tacirlərdən haqq yığmağa gəldiyi vaxtda atəşə tutulublar. Hadisə zamanı üç nəfər öldürülüb.