Merkelin təyyarəsinə avtomobil çırpıldı


Dünya 14 May 2019 08:22:00 196 0

Merkelin təyyarəsinə avtomobil çırpıldı

Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb. Bu barədə Bild  məlumat yayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, sürücüsü olmayan avtomobil təyyarəyə çırpılarkən kansler təyyarədə olmayıb. 3 ekipaj üzvü xəsarət almasa da, təyyarəyə ziyan dəyib. Merkelin Dortmunddan Berlinə helikopterlə qayıtdığı bildirilir.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.