Sudanın paytaxtında atışma nəticəsində on nəfərdən çox yaralı var


Dünya 14 May 2019 08:23:00 208 0

Sudanın paytaxtında atışma nəticəsində on nəfərdən çox yaralı var

Sudanın paytaxtı Xartumda son aylarda hökumət əleyhinə etiraz aksiyaları zamanı baş verən atışma nəticəsində 10 nəfərdən çox adam yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Sky News Arabia telekanalı xəbər verir.

Məlumata əsasən, bəzi yaralılar ağır vəziyyətdədirlər.

Qeyd edilir ki, hazırda meydanda intensiv atışma gedir və partlayışlar eşidilir.