Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı


Digərləri 14 May 2019 08:28:00 226 0

Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı

Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında münaqişə yaranıb. Nəticədə 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb.

Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Zərər çekən döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.