Google məlumatları avtomatik silən funksiya tətbiq edib


Digərləri 14 May 2019 08:15:00 265 0

Google məlumatları avtomatik silən funksiya tətbiq edib

Google istifadəçilərə məlumatlarını avtomatik olaraq silməyə imkan verən yeni bir xüsusiyyət təqdim edib.

Son.az chip.az-a istinadən bildirir ki, bütün şirkətlərdə olduğu kimi "Google" də istifadəçi məlumatlarını toplayır. Buna səbəb olaraq istifadəçilərə daha yaxşı xidmət göstərilməsini göstərir. Şəxsi məlumatlara daha çox nəzarət etmək istəyənlər üçün "Google" yeni bir xüsusiyyət təqdim edib. Bu metodla bütün istifadəçi məlumatlarınızı "Google"dən avtomatik olaraq silə bilərsiniz.

Sözü gedən prosesi gerçəkləşdirmək üçün bir neçə mərhələdən kecmək lazımdır. İlk olaraq "Google"hesabınıza daxil olmalısınız. Daha sonra idarəetmə panelindəki menyudan "Məlumat və Fərdiləşdirmə" bölməsini seçin. Bu zaman siz ekranda aktivlik nəzarətini görəcəksiniz. Bu bölmənin ən aşağısında yerləşən "Fəaliyyəti idarəetmə" funksiyasına daxil olun.

Burada "Web" və "Tətbiq Fəaliyyəti" başlığını və yan tərəfdə bu fəaliyyəti açıq saxlaya biləcək simvolun olduğunu görəcəksiniz. Eyni zamanda aşağıya baxarkən "Google"un istifadəçi məlumatları haqqında qısa bir məzmununu görə bilərsiniz. "Tarixləri idarə et" bölməsinə daxil olduqda yeni bir nəzarət paneli açılacaq. Bu paneldə görəcəyiniz iş isə nəyi silmək istədiyinizi düşünmək olacaq. Ayrılan kateqoriyalar üzrə  seçim etməklə bərabər  bütün məlumatları da silə bilərsiniz.